Ümumtəhsil müəssisələrində çalışan psixoloqlarla görüş keçirilib
11 dekabr 2024 | 18:17
Rayon İcra Hakimiyyətinin və Təhsil Sektorunun təşkilatçılığı ilə “Qloballaşma dövrünün məktəbliləri və onların psixologiyası” mövzusunda ümumtəhsil məktəblərinin psixoloqları və uşaq birliyi təşkilatı rəhbərlərinin iştirakı ilə növbəti görüş keçirilib. Tədbirdə uşaq və yeniyetmələr arasında intihar, məişət zorakılığı hallarının qarşısının alınması məsələləri ətrafında söhbətlər aparılıb, şagirdlərin psixologiyasına təsir göstərən mənfi amillərdən bəhs edilib, problemlərin həlli istiqamətində atılacaq addımlar müzakirə olunub. Həmçinin, onlara peşələrinə daha da məsuliyyətlə yanaşmaq və vəzifələrini layiqincə yerinə yetirmək tövsiyə edilib.