Ümumtəhsil müəssisələrində keçiriləcək buraxılış imtahanlarında şagirdlərin iştirakının təmin edilməsi məqsədilə təhsildən yayınan şagirdlərlə görüş keçirilib
03 mart 2026-cı il tarixdə Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın, həmçinin Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları buraxılış siniflərində təhsil alan, lakin təhsildən yayınan şagirdlərlə görüşüb. Yaşadıqları unvanda həmin şagirdlər və onların valideynləri ilə görüşən Komissiya üzvləri onlara təhsil haqqında qanunvericiliyi və attestatın şagirdin tam və ya ümumi orta təhsili bitirməsini sübut edən sənəd kimi gələcək həyatlarında önəmini izah etmişlər. Ərazidə olmayan belə şagirdlərin valideynləri ilə telefon əlaqəsi saxlanılıb və lazımi izahatlar verilərək övladlarını təhsildən üzrlü səbəblər olmadan yayındıracaqları təqdirdə Azərbaycan Respublikasının Qonunvericiliyində nəzərdə tutulan tədbirlər haqqında məlumat verilib.






