Uşaq hüquqları aylığı” (20 oktyabr- 20 noyabr) ilə bağlı Zərdab rayon İcra Hakimiyyətinin Tədbirlər planına uyğun olaraq Rayon ərazisində qeydiyyatda olan, lakin “SOS Uşaq Kəndləri-Azərbaycan” Asossasiyası, Gəncə şəhər filialında yerləşdirilmiş valideyn himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmayan uşaqların monitorinqi keçirilib
Zərdab Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) və birgə təşkilatçılığı ilə 22 oktyabr 2025-ci il tarixində Gəncə şəhərində yerləşən Gəncə SOS Uşaq Kəndinə səfər həyata keçirilib.
Səfərin məqsədi həmin kəndə yerləşdirilmiş Zərdab rayonundan olan uşaqların yaşayış şəraiti, sağlamlıq vəziyyəti və onlara göstərilən qayğı ilə maraqlanmaq olub. Səfər çərçivəsində əvvəlcə SOS Uşaq Kəndinin müdiri Tale Cəfərov və kəndin psixoloqu Günel Hüseynli ilə görüş keçirilib, uşaqların sağlamlıq, təhsil və psixoloji vəziyyəti barədə ətraflı məlumat alınıb.
Daha sonra kənd daxilində uşaqların yaşadıqları evlər ziyarət edilib, uşaqlarla fərdi qaydada görüşlər keçirilib, hədiyyələr təqdim olunub, onların gündəlik məşğuliyyətləri, dərsə davamiyyətləri və məktəbdəki nailiyyətləri barədə tərbiyəçi - analardan əlavə məlumatlar əldə olunub.






