Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq hüquqları aylığı” çərçivəsində musiqili-əyləncəli tədbir keçirilib

16 noyabr 2023 | 18:28

Zərdab Rayon İcra Hakimiyyəti Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının, Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə rayon mədəniyyət mərkəzində “Uşaq hüquqları aylığı”  çərçivəsində “Uşaqlarla xoşbəxt gələcəyə doğru” adlı musiqili-əyləncəli tədbir keçirilib.  Tədbirdə Zərdab Rayon  İcra Hakimiyyəti  Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi  Xəyalə Niftəliyeva, Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri Ləman Səfərəliyeva, təhsil sektorunun əməkdaşları, mədəniyyət işçiləri, körpələr evi-uşaq bağçalarının uşaqları, xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynləri iştirak ediblər. Tədbirdə uşaqlar tamaşa və Zəfər Gününə aid kompozisiya nümayiş etdirmiş, əl işləri hazırlamış, sulu boyalarla rəsmlər çəkmiş, kulinariya bölməsində şirniyyat bişirərək tədbir iştirakçılarına təqdim etmişlər. Sonda uşaqlara hədiyyələr təqdim olunmuşdur.

Keçidlər