Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq Səfirlər Məclisinə Zərdab rayonu üzrə seçilmiş 2 nəfər rayon nümayəndəsi və Rayon İcra Hakimiyyəti tərəfindən seçilmiş 20 nəfər fəal uşaqla görüş keçirilib

28 mart 2024 | 17:29

Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nın 5.4.2-ci bəndinə uyğun olaraq uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, eyni zamanda sərbəst fikir söyləmək bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış layihə əsasında həyata keçirilən Uşaq Səfirlər Məclisinə Zərdab rayonu üzrə seçilmiş 2 nəfər rayon nümayəndəsi və Rayon İcra Hakimiyyəti tərəfindən  seçilmiş 20 nəfər  fəal uşaqla 28 mart 2024-cü il tarixdə görüş keçirilib. Görüşdə  RİH yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xəyalə Niftəliyeva, Komissiyanın məsləhətçi psixoloqu Mübariz Quluyev və Gənclər Evi SXM-nin əməkdaşları iştirak ediblər. Görüş zamanı “Uşaq Səfirlər Məclisi”nin regional nümayəndəlikləri üçün 2024-cü il üzrə “Tədbirlər Planı”nda qeyd olunan məsələlər barəsində söhbət aparılmış və iştirakçılara müvafiq tövsiyələr verilib.

Keçidlər