Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib

04 aprel 2024 | 14:35

Zərdab Rayon İcra Hakimiyyətinin dəstəyi, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələrinin təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində şəhər 2 saylı tam orta məktəbin həyətyanı sahəsində ağacəkmə aksiyası keçirilib. “Yalnız bir DÜNYA” adlı layihədə Uşaq Səfirlər Məclisinin rayon üzrə 2 nəfər nümayəndəsi və 20 nəfər fəal iştirak edib. Aksiyada 30 ədəd müxtəlif növ meyvə ağacları əkilib.

Keçidlər