“Uşaqlara qarşı hər cür zorakılıq yolverilməzdir” mövzusunda maarifləndirici görüş keçirilib
10.06.2026-cı il tarixdə Uşaq və Ailələrə Dəstək Mərkəzində Zərdab Rayon İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində “Uşaqlara qarşı hər cür zorakılıq yolverilməzdir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edənlər uşaqların təhlükəsiz, sağlam mühitdə yaşaması və hərtərəfli inkişaf etməsi üçün ölkəmizdə yaradılan şəraitdən danışıb. Həmçinin uşaq əməyinin və uşaqların cinsi istismarı hallarının aşkar edilməsi və bu halların qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən, bu sahədə aidiyyəti qurumların birgə fəaliyyətinin əhəmiyyətindən bəhs edilib.
Sonra mövzu ətrafında video-çarx nümayiş olunub və müzakirə aparılıb, iştirakçıların sualları cavablandırılıb.






