Şriftin ölçüsü :

Saytın rəngi :

"Uşaqların fiziki-psixoloji zorakılıqdan (o cümlədən virtual aləmdə) müdafiəsi" mövzusunda maarifləndirici tədbir keçirilib.

28 oktyabr 2022 | 16:34

28 oktyabr 2022-ci il tarixində Zərdab rayon Kəndəbil kənd tam orta məktəbində "Uşaqların fiziki-psixoloji zorakılıqdan (o cümlədən virtual aləmdə) müdafiəsi" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti Başcısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, məktəb rəhbərliyi, məktəb pisxoloqları, ictimaiyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak edib. Çıxış edənlər tədbirin məqsədi, eyni zamanda mövzunun aktuallığı və son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən danışılıb. Maarifləndirici tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, sonda "Uşaqların fiziki-psixoloji zorakılıqdan (o cümlədən virtual aləmdə) müdafiəsi" mövzusunda videoçarx nümayiş olunub.

Keçidlər