Uşaqların psixoloji vəziyyətinin ilkin qiymətləndirilməsi və psixoloji yardımın göstərilməsi mövzusunda tədbir keçirilib
Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın əməkdaşları tərəfindən 18 noyabr 2026-cı il tarixdə Gənclər evində uşaqların psixoloji rifahının qorunması, onların emosional vəziyyətinin vaxtında müəyyən edilməsi və zəruri psixoloji dəstəyin göstərilməsi məqsədilə “Uşaqların psixoloji vəziyyətinin ilkin qiymətləndirilməsi və psixoloji yardımın göstərilməsi” mövzusunda ümumtəhsil məktəblərinin psixoloqları və uşaq birliyi təşkilatı rəhbərlərinin iştirakı ilə tədbir keçirilib. Tədbir zamanı uşaqların psixoloji vəziyyətinin ilkin qiymətləndirilməsi üsulları, psixoloji gərginlik və emosional çətinliklərin əlamətlərinin müəyyən edilməsi, uşaqlarla düzgün ünsiyyətin qurulması, eləcə də ehtiyac yarandıqda müvafiq psixoloji yardımın göstərilməsi məsələləri müzakirə olunub. Həmçinin iştirakçılara uşaqların fərdi xüsusiyyətlərinin nəzərə alınması, onlara həssas və diqqətli yanaşmanın əhəmiyyəti, təhlükəsiz və dəstəkləyici mühitin yaradılması ilə bağlı məlumat verilib. Tədbirinin əsas məqsədi iştirakçıların bilik və bacarıqlarının artırılması, uşaqların psixoloji ehtiyaclarının vaxtında aşkarlanması və onların psixoloji rifahının dəstəklənməsi istiqamətində fəaliyyətin gücləndirilməsidir.






