Valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüş keçirilib
Zərdab Rayon İcra Hakimiyyətində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə valideyn himayəsindən məhrum olmuş uşaqlarla və onların yaşadığı ailələrlə rayon rəhbərliyinin görüşü keçirilib. Görüşdə rayon prokuroru Zaur Əliyev də iştirak edib. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə çıxış edərək sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara göstərilən dövlət qayğısından söhbət açıb, tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Tədbirdə valideyn himayəsindən məhrum olmuş uşaqlara bayram hədiyyəsi və maddi yardımlar verilib. Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.






