Şriftin ölçüsü :

Saytın rəngi :

Valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüş keçirilib

25 dekabr 2024 | 17:53

25 dekabr 2024-cü il tarixdə Zərdab Rayon İcra Hakimiyyətində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə valideyn himayəsindən məhrum olmuş uşaqlarla rayon rəhbərliyinin görüşü keçirilib. Görüşdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara göstərilən dövlət qayğısından söhbət açıb, tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Tədbirdə valideyn himayəsindən məhrum olmuş uşaqlara bayram hədiyyəsi və maddi yardımlar verilib. Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər