Şriftin ölçüsü :

Saytın rəngi :

“Valideynlik bacarıqları” mövzusunda tədbir keçirilib

12 noyabr 2026 | 17:23

Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə  təşkilatçılığı ilə “Valideynlik bacarıqları” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edənlər valideynliyin məsuliyyətli və həssas bir proses olmasından, uşaqların düzgün tərbiyəsində valideynlərin rolunun əhəmiyyətindən, valideyn və uşaq arasında sağlam ünsiyyətin qurulmasının vacibliyindən danışıb. Həmçinin uşaqların emosional ehtiyaclarının nəzərə alınması, onların hisslərinə hörmətlə yanaşılması, səbirli, anlayışlı, diqqətli olmağın əhəmiyyəti izah edilib və valideynlik bacarıqlarının inkişaf etdirilməsinin sağlam və xoşbəxt gələcəyin formalaşmasına töhfə verdiyi qeyd olunub. Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib və qarşıda duran vəzifələr müzakirə olunub.

Keçidlər