Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətən Müharibəsi Qəhrəmanları ilə bir gün" adlı tədbir keçirilib

04 noyabr 2026 | 17:30

04.11.2026-cı il tarixdə Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman sektorunun, Zərdab Gənclər Evi SXM-nin, Rayon Mədəniyyət Mərkəzinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Heydər Əliyev Mərkəzinin  birgə təşkilatçılığı ilə "Vətən Müharibəsi Qəhrəmanları ilə bir gün" adlı tədbir keçirilib. Tədbirdə Vətən müharibəsi iştirakçıları, qazilər, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdən əvvəl iştirakçılar Şəhidlərin Xatirə Parkını ziyarət edib, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin abidəsi önünə gül dəstələri düzüb, onların əziz xatirəsini ehtiramla yad ediblər. Tədbir şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin əziz  xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Zəfərdən, şəhidlərimizin və qazilərimizin göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlıqdan bəhs ediblər. Vurğulanıb ki, bu tarixi Zəfər Ali Baş Komandanın rəhbərliyi, xalqımızın birliyi, ordumuzun gücü və qəhrəman əsgər və zabitlərimizin cəsarəti sayəsində qazanılıb. Tədbir çərçivəsində qəhrəmanlarımızla səmimi görüş keçirilib, döyüş xatirələri bölüşülüb. Gənclər qəhrəmanlıq tariximizi canlı şahidlərdən dinləmək imkanı əldə ediblər. Daha sonra tədbir Zəfər Gününə həsr olunmuş musiqili-konsert proqramı ilə davam edib. Mədəniyyət Mərkəzinin kollektivi və gənc ifaçılar tərəfindən vətənpərvərlik mövzusunda mahnılar və bədii nümunələr səsləndirilib. Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

Keçidlər