Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Ağaqardaş Abbasovun doğum günü qeyd olunub

28 sentyabr 2023 | 16:52

Vətən müharibəsi şəhidi, Zərdab rayonunun Hüseynxanlı kənd sakini Abbasov Ağaqardaş İlham oğlunun doğum günü münasibətilə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, Aparatın şöbə müdirləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb. 

Keçidlər