Vətən müharibəsində əlil olmuş rayon sakinləri ilə görüş keçirilmişdir
03 noyabr 2022 | 12:10
8 Noyabr – Zəfər Günü münasibəti ilə Zərdab Rayon İcra Hakimiyyətində Vətən müharibəsində əlil olmuş rayon sakinləri ilə görüş keçirilmişdir. Görüşdə onları narahat edən məsələlər dinlənilmişdir. Rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə vətən müharibəsində əlil olmuş şəxslərə maddi yardımlar edilmişdir. Görüş iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.