Vətən müharibəsinin şəhidi Ağaqardaş Abbasovun doğum günü qeyd olunub
28 sentyabr 2025 | 16:19
Vətən müharibəsinin şəhidi, Zərdab rayonunun Hüseynxanlı kənd sakini Ağaqardaş Abbasovun doğum günü qeyd olunub. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, İcra Hakimiyyəti Başçısı Aparatın şöbə müdirləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin üzvləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.






