Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi Ağaqardaş Abbasovun vəfatının 3-cü ildönümü qeyd olunub

05 noyabr 2023 | 22:12
Anım mərasimində Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, millət vəkili Jalə Əliyeva, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, rayon icra hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin üzvləri, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Ağaqardaş Abbasovun məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, şəhidin ailəsinə başsağlığı verilib. Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dualar oxunub. 
 
Keçidlər