Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi Ağaqardaş Abbasovun vəfatının 5-ci ildönümü qeyd olunub

05 noyabr 2025 | 13:05

Vətən müharibəsinin şəhidi, Zərdab rayonunun Hüseynxanlı kənd sakini Abbasov Ağaqardaş İlham oğlunun şəhidlik zirvəsinə ucalmasından 5 il ötür. Bu münasibətlə anım mərasimi təşkil olunub. Anım mərasimində Rayon icra hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, rayon icra hakimiyyətinin və YAP Zərdab rayon təşkilatının məsul şəxsləri, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb. Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dualar oxunub. Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.

Keçidlər