Vətən müharibəsinin şəhidi, Alıcanlı kənd sakini Faiq Vəlizadənin doğum günü qeyd edilib
01 fevral 2025 | 14:40
Zərdab rayonunun Alıcanlı kənd sakini, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Vəlizadə Faiq Bayraməli oğlunun doğum günü qeyd olunub. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, İHB Aparatının məsul şəxsləri, Alıcanlı kənd İƏD üzrə nümayəndəliyin, Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, əmək kollektivlərinin üzvləri, şəhid ailələri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Faiq Vəlizadənin və kənd qəbiristanlığında dəfn olunmuş digər şəhidlərin məzarları ziyarət olunub. Şəhidin ailəsi ilə görüş keçirilib.