Vətən müharibəsinin şəhidi Anar Məmmədzadənin doğum günü qeyd olunub
Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Məmmədzadə Anar Nazim oğlunun doğum günü qeyd olunub. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə, İcra Hakimiyyəti Başçısı Aparatının müavin və şöbə müdirləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər. İlk olaraq Gəlmə kənd qəbiristanlığında Anar Məmmədzadənin və rayondan olan digər şəhidlərin məzarları ziyarət olunub, önlərinə gül dəstələri qoyulub, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məmmədzadə Anar Nazim oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarmızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub. Vətən müharibəsində şəhid olmuş Anar Məmmədzadənin atası və digər çıxış edənlər şəhidlə bağlı xatirələrini bölüşərək şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.