Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi Anar Məmmədzadənin vəfatının 3-cü ildönümü qeyd olunub

19 noyabr 2023 | 16:14
Anım mərasimində Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, rayon icra hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin üzvləri, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Anar Məmmədzadənin və Gəlmə kənd qəbiristanlığında dəfn olunmuş digər şəhidlərin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb. Şəhidin ailəsinə başsağlığı verilib. Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dualar oxunub. 
 
Keçidlər