Vətən müharibəsinin şəhidi Anar Məmmədzadənin vəfatının 4-cü ildönümü qeyd olunub
19 noyabr 2024 | 12:49
Vətən müharibəsinin şəhidi, Zərdab şəhər sakini Məmmədzadə Anar Nazim oğlunun şəhidlik zirvəsinə ucalmasından 4 il ötür. Bu münasibətlə anım mərasimi təşkil olunub. Anım mərasimində Rayon icra hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, YAP Zərdab rayon təşkilatının, idarə, müəssisə və təşkilatların məsul şəxsləri, əmək kollektivlərinin üzvləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Anar Məmmədzadənin və Gəlmə kənd qəbiristanlığında dəfn edilmiş digər şəhidlərin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb. Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dualar oxunub.