Vətən müharibəsinin şəhidi Anar Məmmədzadənin vəfatının 5-ci ildönümü qeyd olunub
Vətən müharibəsinin şəhidi, Zərdab şəhər sakini Məmmədzadə Anar Nazim oğlunun şəhidlik zirvəsinə ucalmasından 5 il ötür. Bu münasibətlə anım mərasimi təşkil olunub. Anım mərasimində Rayon icra hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, idarə, müəssisə və təşkilatların məsul şəxsləri, əmək kollektivlərinin üzvləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Anar Məmmədzadənin və Gəlmə kənd qəbiristanlığında dəfn edilmiş digər şəhidlərimizin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb. Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dualar oxunub. Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.






