Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi Faiq Vəlizadənin doğum günü qeyd olunub

01 fevral 2026 | 15:47

Zərdab rayonunun Alıcanlı kənd sakini, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Vəlizadə Faiq Bayraməli oğlunun doğum günü qeyd olunub. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, YAP Zərdab rayon təşkilatının sədr müavini Ələkbər Kərimov, İHB Aparatının, SHXÇDX-nin Zərdab rayon bölməsinin məsul şəxsləri, Alıcanlı kənd İƏD üzrə nümayəndəliyin, Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, əmək kollektivlərinin üzvləri, şəhid ailələri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Faiq Vəlizadənin və kənd qəbiristanlığında dəfn olunmuş digər şəhidlərin məzarları ziyarət olunub. Şəhidin ailəsi ilə görüş keçirilib. Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər