Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi Faiq Vəlizadənin ildönümü qeyd olunub

22 oktyabr 2023 | 17:33
Vətən müharibəsinin şəhidi, Zərdab rayonunun Alıcanlı kənd sakini Vəlizadə Faiq Bayraməli oğlunun şəhidlik zirvəsinə ucalmasından 3 il ötür. Bu münasibətlə anım mərasimi təşkil olunub. Anım mərasimində Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, Millət vəkili Jalə Əliyeva, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin üzvləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Faiq Vəlizadənin və kənd qəbiristanlığında dəfn olunmuş digər şəhidlərin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb. Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dualar oxunub.
Keçidlər