Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi Gizir İlkin Ağayevin vəfatının 2-ci ildönümü qeyd olunub

10 noyabr 2022 | 12:29

Bununla əlaqədar Zərdab Rayon İcra Hakimiyyətinin məsul vəzifəli şəxsləri, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri  şəhidin ailə üzvləri ilə birlikdə onun məzarını ziyarət edib, ruhuna dualar oxunub. Kənd qəbiristanlığında dəfn olunmuş digər şəhidlərin də məzarları ziyarət edilib, ruhlarına dualar oxunub. Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, maddi və mənəvi köməkliklərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.

Keçidlər