Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi İbrahim Cəbrayıllının doğum günü qeyd olunub

03 fevral 2026 | 15:45

Zərdab rayonunun Məlikumudlu kənd sakini, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Cəbrayıllı İbrahim Raqub oğlunun doğum günü qeyd olunub. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, Rayon Polis Şöbəsinin rəisi Ramil Salayev, YAP Zərdab rayon təşkilatının sədr müavini Ələkbər Kərimov, İHB Aparatının, Polis şöbəsinin məsul şəxsləri, Məlikumudlu kənd İƏD üzrə nümayəndəliyin, Zərdab rayonu üzrə gənclər və idman sektorunun, Zərdab Peşə liseyinin əmək kollektivlərinin üzvləri, şəhid ailələri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İbrahim Cəbrayıllının və kənd qəbiristanlığında dəfn olunmuş digər şəhidlərin məzarları ziyarət olunub. Şəhidin ailəsi ilə görüş keçirilib. Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər