Vətən müharibəsinin şəhidi İbrahim Rüstəmlinin doğum günü qeyd olunub
18 iyul 2026 | 18:57
Bu münasibətlə Rayon İcra Hakimiyyəti başçısının müavini Pərvin Mahmudova, YAP Zərdab rayon təşkilatının sədr müavini Ələkbər Kərimov, İcra Aparatının, SHXÇDX-nin Zərdab rayon bölməsinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin üzvləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri İbrahim Rüstəmlinin və kənd qəbiristanlığında dəfn olunmuş digər şəhidlərin məzarlarını ziyarət edib, xatirələrini ehtiramla yad ediblər. Şəhidin ailəsi ilə görüş keçirilib. Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






