Vətən müharibəsinin şəhidi İbrahim Rüstəmlinin vəfatının 4-cü ildönümü qeyd olunub
21 noyabr 2024 | 16:25
Vətən müharibəsinin şəhidi, Zərdab rayonunun Şahhüseynli kənd sakini Rüstəmli İbrahim Mirzağa oğlunun şəhidlik zirvəsinə ucalmasından 4 il ötür. Bu münasibətlə anım mərasimi təşkil olunub. Anım mərasimində Rayon icra hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, Rayon İcra Hakimiyyətinin və rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların məsul şəxsləri, əmək kollektivlərinin üzvləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. İbrahim Rüstəmlinin və Şahhüseynli kənd qəbiristanlığında dəfn edilmiş digər şəhidlərin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb. Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dualar oxunub.