Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi İbrahim Rüstəmlinin vəfatının 5-ci ildönümü qeyd olunub

21 noyabr 2025 | 14:22

Vətən müharibəsinin şəhidi, Şahhüseynli kənd sakini Rüstəmli İbrahim Mirzağa oğlunun şəhidlik zirvəsinə ucalmasından 5 il ötür. Bu münasibətlə anım mərasimi təşkil olunub. Anım mərasimində Rayon icra hakimiyyətinin, YAP Zərdab rayon təşkilatının, SHXÇDX-nin Zərdab rayon bölməsinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin üzvləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. İbrahim Rüstəmlinin və Şahhüseynli kənd qəbiristanlığında dəfn edilmiş digər şəhidlərimizin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb. Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dualar oxunub. Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.

Keçidlər