Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi İlkin Ağayevin vəfatının 3-cü ildönümü qeyd olunub

10 noyabr 2023 | 14:43

10 noyabr 2023-cü il tarixdə Vətən müharibəsi şəhidi, Zərdab rayonunun Körpükənd kənd sakini İlkin Ağayevin vəfatının 3-cü ildönümü qeyd olunub. Anım mərasimində Rayon icra hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, rayon icra hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin üzvləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər. İlkin Ağayevin və kənd qəbiristanlığında dəfn olunmuş digər şəhidlərin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb, şəhidin ailəsinə başsağlığı verilib. Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dualar oxunub. 

 
Keçidlər