Vətən müharibəsinin şəhidi İlkin Ağayevin vəfatının 4-cü ildönümü qeyd olunub
10 noyabr 2024 | 15:56
Vətən müharibəsinin şəhidi, Zərdab rayonunun Körpükənd kənd sakini Ağayev İlkin Tehran oğlunun şəhidlik zirvəsinə ucalmasından 4 il ötür. Bu münasibətlə anım mərasimi təşkil olunub. Anım mərasimində Rayon icra hakimiyyətinin, YAP Zərdab rayon təşkilatının məsul şəxsləri, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. İlkin Ağayevin və kənd qəbiristanlığında dəfn edilmiş digər şəhidlərin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb. Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dualar oxunub.