Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi İlkin Ağayevin vəfatının 5-ci ildönümü qeyd olunub

10 noyabr 2025 | 18:34

Vətən müharibəsinin şəhidi, Zərdab rayonunun Körpükənd kənd sakini Ağayev İlkin Tehran oğlunun şəhidlik zirvəsinə ucalmasından 5 il ötür. Bu münasibətlə anım mərasimi təşkil olunub. Anım mərasimində Rayon icra hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, rayon icra hakimiyyətinin və YAP Zərdab rayon təşkilatının məsul şəxsləri, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. İlkin Ağayevin və kənd qəbiristanlığında dəfn olunmuş digər şəhidlərin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb. Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dualar oxunub. Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.

Keçidlər