Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi, Mayor Rəhim Hüseynovun doğum günü qeyd olunub

01 iyul 2023 | 11:28
Zərdab rayonunun Gəlmə kəndi sakini, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış, mayor Rəhim Qədir oğlu Hüseynovun doğum günü qeyd olunub. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, Aparatın məsul şəxsləri, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, şəhidlərin abidə kompleksinin önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. RİH başçısının birinci müavini Ramo Hacıyev çıxış edərək cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söhbət açıb. Şəhidin atası Qədir Hüseynov göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və rayon rəhbərliyinə təşəkkür edib.
Keçidlər