Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi, mayor Rəhim Hüseynovun ildönümü qeyd olunub

21 oktyabr 2023 | 12:55
Şəhid mayor Hüseynov Rəhim Qədir oğlunun şəhidlik zirvəsinə ucalmasından 3 il ötür.
Anım mərasimində Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, Millət vəkili Jalə Əliyeva, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin üzvləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dualar oxunub.
Keçidlər