Vətən müharibəsinin şəhidi, mayor Rəhim Hüseynovun vəfatının 4-cü ildönümü qeyd olunub
21 oktyabr 2024 | 19:06
Şəhid mayor Hüseynov Rəhim Qədir oğlunun şəhidlik zirvəsinə ucalmasından 4 il ötür. Bu münasibətlə şəhidin anım günü qeyd olunub, ailəsi ziyarət edilib. Anım mərasimində Rayon icra hakimiyyətinin, YAP Zərdab rayon təşkilatının məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin üzvləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dualar oxunub.