Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi, mayor Rəhim Hüseynovun vəfatının 5-ci ildönümü qeyd olunub

21 oktyabr 2025 | 11:07

Vətən müharibəsinin şəhidi, mayor Rəhim Hüseynovun vəfatının 5-ci ildönümü münasibətilə şəhidin anım günü qeyd olunub, ailəsi ziyarət edilib. Anım mərasimində Rayon icra hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, YAP Zərdab rayon təşkilatının sədr müavini, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dualar oxunub. Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.

Keçidlər