Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi, Məlikumudlu kənd sakini Cəbrayıllı İbrahimin doğum günü qeyd edilib

03 fevral 2025 | 15:01

Zərdab rayonunun Məlikumudlu kənd sakini, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Cəbrayıllı İbrahim Raqub oğlunun doğum günü qeyd olunub. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, YAP Zərdab rayon təşkilatının, İHB Aparatının məsul şəxsləri, Məlikumudlu kənd İƏD üzrə nümayəndəliyin, Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, əmək kollektivlərinin üzvləri, şəhid ailələri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İbrahim Cəbrayıllının və kənd qəbiristanlığında dəfn olunmuş digər şəhidlərin məzarları ziyarət olunub. Şəhidin ailəsi ilə görüş keçirilib. 

Keçidlər