Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi Məmmədzadə Anar Nazim oğlunun doğum günü qeyd olunub

03 avqust 2023 | 14:19

Zərdab şəhər sakini, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Anar Məmmədzadənin doğum günü qeyd olunub. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, Gəlmə kənd qəbiristanlığında dəfn edilmiş şəhidlərin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub. RİH başçısının birinci müavini Ramo Hacıyev çıxış edərək cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söhbət açıb. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər