Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi Turan Muradovun vəfatının 3-cü ildönümü qeyd olunub

25 oktyabr 2023 | 17:18

25 oktyabr 2023-cü il tarixdə Vətən müharibəsi şəhidi, Zərdab rayonunun Körpükənd kənd sakini, gizir Turan Muradovun vəfatının 3-cü ildönümü qeyd olunub. Anım mərasimində Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin üzvləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Turan Muradovun və kənd qəbiristanlığında dəfn olunmuş digər şəhidlərin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb, şəhidin ailəsinə başsağlığı verilib. Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dualar oxunub. 

Keçidlər