Vətən müharibəsinin şəhidi Turan Muradovun vəfatının 5-ci ildönümü qeyd olunub
Vətən müharibəsinin şəhidi, Zərdab rayonunun Körpükənd kənd sakini Muradov Turan Vaqif oğlunun şəhidlik zirvəsinə ucalmasından 5 il ötür. Bu münasibətlə anım mərasimi təşkil olunub. Anım mərasimində Rayon icra hakimiyyəti başçısının müavini Pərvin Mahmudova, rayon icra hakimiyyətinin və YAP Zərdab rayon təşkilatının məsul şəxsləri, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Turan Muradovun və kənd qəbiristanlığında dəfn olunmuş digər şəhidlərin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb. Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dualar oxunub. Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.






