Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi, Zərdab rayonunun Alıcanlı kənd sakini Vəlizadə Faiq Bayraməli oğlunun vəfatının 6-cı ildönümü qeyd olunub

22 oktyabr 2026 | 16:08

Tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, Rayon İcra Hakimiyyətinin, YAP Zərdab rayon təşkilatının, SHXÇDX-nin Zərdab rayon bölməsinin, idarə və müəssisələrin məsul şəxsləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Faiq Vəlizadənin və kənd qəbiristanlığında dəfn edilmiş digər şəhidlərin məzarları ziyarət edilib, dualar oxunub. Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.

Keçidlər