Vətən müharibəsinin şəhidi, Zərdab rayonunun Gəlmə kənd sakini Hüseynov Rəhim Qədir oğlunun vəfatının 6-cı ildönümü qeyd olunub
21 oktyabr 2026 | 11:40
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, Rayon İcra Hakimiyyətinin, YAP Zərdab rayon təşkilatının, rayon polis şöbəsinin, SHXÇDX-nin Zərdab rayon bölməsinin, idarə və müəssisələrin məsul şəxsləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib, dualar oxunub.
Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.






