Vətən müharibəsinin şəhidi, Zərdab rayonunun Hüseynxanlı kənd sakini Ağaqardaş Abbasovun doğum günü qeyd olunub
28 sentyabr 2026 | 16:43
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin, YAP Zərdab rayon təşkilatının, SHXÇDX-nin Zərdab rayon bölməsinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin üzvləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Şəhidin ailəsi ilə görüş keçirilib. Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






