Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi, Zərdab rayonunun Körpükənd sakini gizir Ağayev İlkin Tehran oğlunun doğum günü qeyd olunub

02 iyun 2023 | 14:22

Doğum günü münasibətilə Zərdab Rayon İHB Aparatının, YAP Zərdab Rayon Təşkilatının, Zərdab Rayon Gənclər və İdman İdarəsinin, Gənclər evi SXM-nin, SHXÇDX-nin Zərdab rayon bölməsinin məsul şəxsləri, şəhid ailələrinin üzvləri və kənd sakinləri şəhidin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad ediblər. Çıxış edənlər torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin qəhrəmanlıqlarından bəhs edib, ölkə başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğısından söhbət açıblar. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər