Vətən müharibəsinin şəhidi, Zərdab rayonunun Körpükənd sakini Muradov Turan Vaqif oğlunun vəfatının 6-cı ildönümü qeyd olunub
25 oktyabr 2026 | 13:56
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Pərvin Mahmudova, Rayon İcra Hakimiyyətinin, YAP Zərdab rayon təşkilatının, SHXÇDX-nin Zərdab rayon bölməsinin, idarə və müəssisələrin məsul şəxsləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Turan Muradovun və kənd qəbiristanlığında dəfn edilmiş digər şəhidlərin məzarları ziyarət edilib, dualar oxunub. Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.






