Vətən müharibəsinin şəhidi, Zərdab rayonunun Məlikumudlu kənd sakini Cəbrayıllı İbrahim Raqub oğlunun vəfatının 5-ci ildönümü qeyd olunub
01 oktyabr 2025 | 12:14
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, Rayon İcra Hakimiyyətinin, YAP Zərdab rayon təşkilatının, rayon polis şöbəsinin, idarə və müəssisələrin məsul şəxsləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri iştirak ediblər. İbrahim Cəbrayıllının və kənd qəbiristanlığında dəfn edilmiş digər şəhidlərin məzarları ziyarət edilib, dualar oxunub.
Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.






