Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi, Zərdab şəhər sakini Anar Məmmədzadənin doğum günü qeyd olunub

03 avqust 2024 | 18:52

Zərdab şəhər sakini, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış, Məmmədzadə Anar Nazim oğlunun doğum günü qeyd olunub. Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, YAP Zərdab rayon təşkilatının məsul şəxsləri, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, şəhid ailələri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin məzarı başında əziz xatirəsi ehtiramla yad olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. 

Keçidlər