Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi, Zərdab şəhər sakini Məmmədzadə Anar Nazim oğlunun vəfatının 6-cı ildönümü qeyd olunub

19 noyabr 2026 | 15:05

Tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, Rayon İcra Hakimiyyətinin, YAP Zərdab rayon təşkilatının, SHXÇDX-nin Zərdab rayon bölməsinin, yerli icra və bələdiyyə orqanlarının, idarə və müəssisələrin məsul şəxsləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Anar Məmmədzadənin və Gəlmə kənd qəbiristanlığında dəfn edilmiş digər şəhidlərin məzarları ziyarət edilib, dualar oxunub. Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.

Keçidlər