Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən uğrunda şəhid olmuş Zərdab rayonunun Gödəkqobu kənd sakini Əliyev Taleh Saleh oğlunun vəfatının 3-cü ildönümü qeyd olunub

13 sentyabr 2026 | 13:18
Bununla əlaqədar Zərdab Rayon İcra Hakimiyyətinin, YAP Zərdab rayon təşkilatının, SHXÇDX-nin Zərdab rayon bölməsinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri tərəfindən kənd qəbiristanlığında dəfn edilmiş şəhidlərin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.
Şəhidin ailəsi ilə görüş keçirilib. Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər